Azərbaycanda traktor istehsalı artıb, minik avtomobili istehsalı azalıb
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda 653 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 ədəd az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.06.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 142 ədəd təşkil edib. 01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 146 ədəd təşkil etmişdi.
2021-ci ilin Yanvar ayında Azərbaycanda traktor istehsal edilməmişdi. Bu il Fevral ayında 51 ədəd, Mart ayında 39 ədəd, Aprel ayında 72 ədəd, May ayında 77 olmaqla cəmi 239 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin ilk 5 ayı ilə müqayisədə 2,3 dəfə artıb. 01.06.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 70 ədəd təşkil edib. Traktorlar üzrə 01.05.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 74 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























