Mərkəzi Bank valyuta bazarı və məzənnə ilə bağlı məlumat yaydı
Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir.
10 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 30,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Mərkəzi Bankın yaydığı məlumata görə, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olmuşdur.
"Yaranmış meyillər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olmuşdur. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 26 d. əvvəl
-
37 d. əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
-
55 d. əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
1 saat əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
2 saat əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər"
-
2 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
2 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ
