Teslanın Avropadakı rəqibi investorlardan iri məbləğdə pul “qopara bilib”
Teslanın Avropadakı rəqibi 2,75 milyard dollar investisiya cəlb edib. Şirkət 1 milyon elektromobil üçün batereya zavodu tikəcək.İsveçin elektrikli avtomobillər üçün batereya istehsalı üzrə ixtisaslaşmış startapı Northvolt növbəti dəfə investorlardan iri məbləğdə pul “qopara bilib”.
Marja xəbər şirkət aralarında Goldman Sachs bankı, Volkswagen, İsveç və Kanadanın pensiya fondları və Spotify-ın baş direktoru Daniel Ekin də olduğu investorlardan 2,75 milyard dollar vəsait cəlb edib.
Bununla da şirkətə indiyə qədər yatırılan investisiyanın həcmi 6,5 milyard dollara çatıb, bazar dəyəri isə sürətlə artaraq, 11,7 milyard dollara qədər yüksəlib.
Northvolt sonuncu raundda cəlb etdiyi vəsaiti İsveçdə - Şimal qütbünün lap yaxınlığında yerləşən 40-60 Gigavattlıq batereya zavodunun inşasına yönəldəcəyini açıqlayıb. Zavodun il ərzində 1 milyon elektrikli avtomobili batereya ilə təchiz etməsi planlaşdırılır.
Xatırladaq ki, 2016-cı ildə elektromobil bazarının lideri Teslanın təchizat üzrə keçmiş vitse-prezidenti Peter Karlsson tərəfindən qurulan Northvolt artıq BMW və Volkswagen kimi nəhənglərdən 27 milyard dollarlıq litium-ion batereya sifarişi alıb. Şirkət alternativ enerji mənbələri kifayət etdiyi təqdirdə, ikinci zavodunu Almaniyada açmağı hədəfləyir. 2030-cu ilə qədər Avropada istehsal gücünün 150 Gigavatt/saata çatdırılması da planlaşdırılır. Bu isə hazırda elektrikli avtomobilləri üçün batereyaları özü istehsal edən Teslaya amansız rəqibin gəlməsi demək olacaq...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















