Azərbaycanın iri şərab şirkəti xalis mənfəətini artırıb
Şərab, konyak, araq istehsalçısı və ixracatçısı “Gəncə Şərab -2” ASC 2020-ci ili 3 milyon 593 min 627 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 2 milyon 827 min 706 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Gəncə Şərab – 2”nin xalis mənfəəti ötən il 765 min 921 manat və ya 27% artıb. “Gəncə Şərab-2” ASC 2018-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ AZALIB
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 16 milyon 921 min 415 manat təşkil etmiş əsas əməliyyat gəlirləri (satış) 2020-ci ildə 15 milyon 594 min 629 manata geriləyib (1 milyon 326 min 786 manat azalıb). Satışın maya dəyəri isə 13 milyon 477 min 15 manatdan 11 milyon 47 min 456 manata düşüb (2 milyon 429 min 559 manat azalıb).
Ötən il xalis mənfəətin artması satışın maya dəyərinin azalması ilə əlaqədardır.
ŞİRKƏT KİÇİLİB
2019-cu illə müqayisədə 2020-ci ildə “Gəncə Şərab -2”nin cəmi aktivləri 2 milyon 555 min 392 manat azalaraq ilin sonunda 19 milyon 939 min 62 manata düşüb.
Gəncə şərab zavodunun əsası 1984-ci ildə qoyulmuşdur. Zavod 1998-ci ildə tamamilə rekonstruksiya olunmuş və aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunmuşdur.
“Gəncə Şərab – 2” ASC-nin 2020-ci il dekabrın 31-nə mühasibat balansı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























