“PAŞA Həyat” cari il üzrə I rübün maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, PAŞA Həyat inkişaf meyllərini davam etdirərək sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. Uzunmüddətli pandemiya dövrünə baxmayaraq, şirkət maliyyə sektorunda inamla fəaliyyət göstərir və standartlarını qoruyub saxlayır.
Belə ki, 1-ci rübün sonuna şirkətin ümumi aktivlərinin həcmi 405 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə yığılmış sığorta haqları (50 milyon manat) cüzi dəyişikliklə eyni olaraq qalır, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 72 milyon manat təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 0.6 milyon manat azalaraq 6.2 milyon manata bərabər olub. Nəticə etibarilə PAŞA Həyat-ın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə cəmi 27% azalaraq 4.5 milyon manat təşkil edib.
Diqqətinizə çatdıraq ki, 2021-2023 illər PAŞA Həyat-da yeni strateji dövrü əhatə edir və artıq cari ilin əvvəlindən şirkət 3 əsas istiqamətdə fəaliyyətini davam edir:
1. Rəqəmsal transformasiya əsasında müştərilərə ən yaxşı xidməti təqdim etmək;
2. Digər həyat sığortası məhsullarını yaratmaq və təkmilləşdirmək;
3. Agile idarəetmə prinsipinin tətbiq edilməsi.
Mövcud dövrdə seçim, əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinin xeyrinə olmalıdır. İstənilən durumda siz risklərdən sığortalanmalı, bununla yanaşı vəsaitinizin əminliklə qorunmasından və sizə gəlir gətirməsindən əmin olmalısınız. Bunun bir neçə üsulu var. Ən doğrusu – “PAŞA Həyat”ı seçməkdir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40 milyon 250 min manat təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 25 d. əvvəl
-
47 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 49 d. əvvəl
-
54 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















