Neft Fondu AÇG üzrə gəlirlərin azalmasının səbəblərini açıqladı
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunun işlənilməsi layihəsindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əldə etdiyi gəlirlərin azalması iki amillə əlaqəlidir.
Bu barədə ARDNF-dən bildirilib.
Məlumata görə, ARDNF-nin sözügedən layihədən gəlirlərinin bu ilin yanvar-fevral aylarında 42,8% azalmasının birinci səbəbi – ötən ilin müvafiq dövrü ilə müqayisədə neftə olan qiymətlərin aşağı olmasıdır.
"AÇG yataqlar blokundan dövlət payının satılması fyuçers müqavilələri əsasında həyata keçirildiyindən, Neft Fonduna satışdan əldə olunan vəsaitlər faktiki olaraq bir ay sonra köçürülür", - Fonddan bildirilib.
Neft Fondunda həmçinin izah ediblər ki, AÇG layihəsi çərçivəsində ARDNF-ə yanvar-fevral aylarında daxil olan vəsaitlər ötən ilin dekabr və bu ilin yanvar aylarında həyata keçirilən satınalmalarına aiddir. Belə ki, ötən ilin sözügedən aylarında neftin bir barelinin orta qiyməti 47,6 ABŞ dolları olduğu halda, bu ilin müvafiq dövründə 62,6 dollar təşkil edib.
Neft Fondunun AÇG layihəsindən gəlirlərinin azalmasının ikinci səbəbi isə Azərbaycanın "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində AÇG-də neft hasilatının planlı şəkildə azaldılmasıdır.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında (01.01.2021 – 01.03.2021 tarixinə) ARDNF-nin AÇG-dən əldə etdiyi gəlirləri 574,543 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə sözügedən göstərici 1,005 mlrd. dollar səviyyəsində idi.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























