"İstiqrazlarının yeni emissiyası ilə bağlı Mərkəzi Banka müraciət olunub"
SOCAR istiqrazlarının yeni emissiyası planlaşdırılır,bununla bağlı Mərkəzi Banka müraciət olunub.
Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O növbəti emissiya barədə məlumat verərək qeyd edib ki, Bildiyimiz kimi bu tip əməliyyatların təstiqlənməsi funksiyası Mərkəzi Banka verilib. Hazırda Mərkəzi Bank bu məsələyə baxmaqdadır. Müvafiq icazələr verildikdən sonra emissiya həyata keçiriləcək.Yəni Mərkəzi Bank tərəfindən müsbət cavab olarsa SOCAR istiqrazlarının növbəti emissiyasını planlaşdırırıq.
SOCAR rəsmisi emissiyanın dəqiq vaxtı barədə məlumat verərək bildirib ki, təstiqlənmə prosesində olduğu üçün emissiyanın dəqiq vaxtı ilə bağlı hər hansı bir etimal irəli sürmək düzgün deyil. Ümid edirik ki, yaxın həftələrdə "SOCAR İstiqrazları"-nın növbəti emissiyası ola bilər. Əgər müvafiq prosedurlar ilin axırına kimi başa çatarsa,Mərkəzi Bank tərəfindən icazə verilərsə, yəqin ki, bu ilin axırına qədər emissiyanı həyata keçirməyə çalışacağıq. Bu sırf bizdən aslı olmadığına görə dəqiq tarix barədə hər hansı məlumat verə bilmirik. Emissiyanın məbləği barədə və digər detallarla bağlı emissiya həyata keçiləndə biz ətraflı məlumat verəcəyik.
Qeyd edək ki, SOCAR İstiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, bilər.
®️ Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
6 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 7 saat əvvəl
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















