Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 20%-ə yaxın azalıb
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 667,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyard 977,3 milyon dollarını və ya 57,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 690,5 milyon dollarını (42,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 286,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,8 faiz, real ifadədə 22,9 faiz, o cümlədən idxal 42,2 faiz, ixrac isə 8,9 faiz azalmışdır.
2020-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,7 faiz, real ifadədə isə 18,4 faiz azalaraq 1 milyard 153,2 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,2 faizini İtaliyaya, 19,4 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, hər biri 4,2 faiz olmaqla Çin və Hindistana, 3,9 faizini İsrailə, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,8 faizini Ukraynaya, 2,3 faizini İspaniyaya, 1,9 faizini Çexiyaya, 1,7 faizini Tunisə, 1,5 faizini Almaniyaya, 11,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (39,0 faiz), Türkiyəyə (19,7 faiz), İsveçrəyə (12,0 faiz), Gürcüstana (8,0 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,2 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-avqust aylarında 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 6,1 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 7,6 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 11,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,3 faiz, polietilen – 39,0 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 4,0 faiz artmış, təzə meyvə ixracı isə 15,8 faiz, şəkər – 41,2 faiz, tütün – 27,8 faiz, çay – 6,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,0 faiz, pambıq lifi – 5,2 faiz, pambıq ipliyi – 34,2 faiz, emal olunmamış alüminium – 20,2 faiz, qara metallardan yarımfabrikatlar – 78,6 faiz azalmışdır.
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında təzə meyvə idxalı 15,1 faiz, bitki yağları – 2,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 38,9 faiz, çay – 5,9 faiz, mal əti – 18,4 faiz, kartof – 1,2 faiz, təzə tərəvəz – 29,9 faiz, minik avtomobilləri – 28,8 faiz, dərman vasitələri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 14,8 faiz, qara metallardan çubuqlar – 1,8 dəfə, məişət soyuducuları – 3,1 faiz artmış, buğda idxalı isə 20,1 faiz, xam şəkər və şəkər – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 9,9 faiz, siqaretlər – 78,9 faiz, qara metallardan borular – 12,7 faiz, polad prokatı – 7,7 faiz, mineral gübrələr – 5,7 faiz, rezin şinlər – 20,2 faiz, məişət kondisionerləri – 30,9 faiz, mebellər – 23,6 faiz, yük avtomobilləri – 13,4 faiz, polietilen – 27,5 faiz, paltaryuyan maşınlar – 11,1 faiz, qara metallardan künclüklər – 8,0 faiz, avtobuslar – 56,1 faiz, sement və sement klinkerləri – 27,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























