“Kapital Bank”ın 15% gəlir vəd edən səhmlərinin satışına başlanılır
“Kapital Bank” ASC-nin səhmlərinin BFB-də yerləşdirilməsi həyata keçiriləcəkdir25 Avqust 2020-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
Marja xəbər verir ki, BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi 28 avqust 2020-ci il tarixində həyata keçiriləcəkdir və emissiya prospektinə əsasən, yerləşdirilmə 7 (yeddi) iş günü ərzində davam edəcəkdir.
Bir səhmin ilkin ticarət qiyməti 12.39 manatdır. Ticarətə 1 614 205 səhm buraxılacaq. Səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15% təşkil edir.
Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Paşa Kapital İŞ” ASC-dir.
İmtiyazlı səhmlərin sahibləri emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almaq hüququna malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















