Bona Dea Hospitalı: "İddialar hamısı yalandır"
Bona Dea Beynəlxalq Hospitalının baş həkimi sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib“Xəstəmiz, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı 17 gün reanimasiyada yatıb. Əgər bizim dərdimiz pul idisə, həmin günlərdə elə onu dövlət xəstəxanalarından birinə yönləndirə bilərdik. Bizim bütün tibbi heyət xəstələrimizə canla-başla xidmət göstərir”.
Bunu Bona Dea Beynəlxalq Hospitalında keçirilən mətbuat konfransında Baş həkim Cabir Gülmalıyev deyib.
O, xəstənin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib:
“Biz hətta bəzi nüasnları nəzərə alaraq anasının xəstəmizi ziyarətinə hər gün şərait yaratmışıq ki, xəstənin səhhətinin canlı şahidi olsun. Bəziləri iddia edirlər ki, guya xəstəmiz öldükdən sonra günlərlə morqda saxlanılıb və ailəsinə təhvil verilməyib. Bunlar hamısı yalandır və texniki baxımdan da mümkün deyil. Bizim bütün proseslərlə bağlı görüntülərimiz var. Xəstənin morqa aparılması, atasının morqa girişi və digər bütün qeydlər var. Bütün bunlar hamısı yayılan iddiaların əsassız olduğunu göstərir. İyunun 25-də xəstə vəfat etdikdən sonra bəzi prosedurlar var ki, onlar həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan videolar və məlumatlar biz cənazəni təhvil verdikdən sonra üzə çıxıb”, - baş həkim bildirib.
C.Gülmalıyev vurğulayıb ki, Bona Dea Beynəlxalq Hospitalına açılış olandan indiyədək 74 250 nəfər müraciət edib:
"5 000 əməliyyat olunub. Bizim xəstəxana peşəkar komandaya malikdir. Digər xəstəxanalarda müalicəsi çətin olunan xəstələr bizim xəstəxanaya göndərilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 15 d. əvvəl
-
- 20 d. əvvəl
-
38 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 41 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb






.jpg)









.jpg)




