Tərəvəz üçün italyanlarla birgə müəssisə yaradılır – Memorondum imzalandı
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliyanın “IDROMECCANICA LUCCHINI SpA” şirkəti arasında Azərbaycanda tərəvəz məhsulları istehsal edəcək müasir istixanaların tikintisi üzrə anlaşma memorondumu imzalanmışdır.
“Marja” xəbər veirir ki, Memorondumu Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və şirkətin satış meneceri Cesare Ghizzi imzalamışlar.
İmzalanmış memoronduma əsasən, İtaliya şirkəti Azərbaycanda istixanaların tikintisi, birgə formada idarəedilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri texniki biliklərin verilməsini həyata keçirəcəkdir. İtaliya tərəfi “Lucchini -Az” adlı şirkət təsis edəcək və layihənin həyata keçirilməsi üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə “Lucchini -Az” şirkəti arasında birgə müəssisə yaradılacaq.
İLKİN MƏRKƏLƏDƏ 30 MİLYON AVRO XƏRCLƏNƏCƏK
Cəmiyyət layihənin icrası üçün lazım olan bütün zəruri işləri- su, elektik, yol üçün əlverişli olan bütün məsələlərin həllini öz üzərinə götürmüşdür. İnfrastrukturun yaradılması üçün xərclər, razılaşdırmalar, müqavilə imzalandıqdan sonra nəzərə alınacaqdır. İlkin mərhələdə istixana komplekslərinin qurulmasına 30 milyon avro dəyərində sərmayə qoyulması nəzərdə tutulmuşdur.
İSTİXANA ZİRƏDƏ YERLƏŞƏCƏK
İmzalanma mərasimindən sonra Cəmiyyət rəhbərliyi və İtaliya şirkətinin nümayəndələri istixanaların qurulacağı ərazilərə baxış keçirərək məsləhətləşmələr aparmışlar. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən ərazi xarici qonaqlar tərəfindən istixana kompleksinin qurulması üçün uğurlu seçim kimi qiymətləndirilmişdir.
İtaliya şirkəti olan “IDROMECCANICA LUCCHINI SpA” bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının innovasiyalı texnologiyalara əsaslanaraq yetişdirən istixana komplekslərinin qurulması işlərini icra edir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















