Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc
(®️) Azərbaycan Beynəlxalq Bankının innovativ məhsullarından Tamkarta müştərilərin getdikcə artan marağını nəzərə alaraq bank bu məhsul üzrə yeni kampaniyaya start verib. Məqsəd Tamkartın hər kəs üçün daha sərfəli və əlçatan olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.
Belə ki, mayın 7-dən 31-ə kimi keçiriləcək kampaniya dövründə Tamkartla verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər edən müştərilər 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% kəşbək qazanacaqlar.
Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından Tamkartla həm POS terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları aparan hər kəs bəhrələnə bilər.
Bundan başqa, mayın 7-dən 29-a kimi Tamkart Classic/Standard kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək. Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə 50% endirimlə veriləcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.
Tamkart eyni anda iki kartı - debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə 60 günədək faizsiz güzəşt müddəti imkanı yaradılır. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart sahiblərinə alış-veriş zamanı hətta 20%-dək kəşbək verilir. Eyni zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.
Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartı bu bölmədən onlayn sifariş vermək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 17 d. əvvəl
-
51 d. əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
1 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
1 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
2 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Prime Cotton”ın ixracında güclü artım
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!























