Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayını təqdim edib.
Marja xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib. Cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-may aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2 dəfə pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57%, alüminium və ondan hazırlanan məmulatlar 44,6%, pambıq lifi 25%, meyvə-tərəvəz 18,6%, çay 16,8%, spirtli və spirtsiz içkilər isə 6% artıb.
2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2% artaraq 414,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 39% artaraq 160,5 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8% artaraq 575,1 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (167,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (119,8 milyon ABŞ dolları) ikinci, mis filizləri (112,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin may ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (44,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (36,5 milyon ABŞ dolları) ikinci, çiyələk (26,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-may aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 433,7 milyon ABŞ dolları, Türkiyəyə 306,1 milyon ABŞ dolları, Gürcüstana 229,7 milyon ABŞ dolları, İsveçrəyə 178,7 milyon ABŞ dolları, Ukraynaya isə 67,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin may ayında Rusiya Federasiyasına 127,1 milyon ABŞ dolları, Türkiyəyə 86,8 milyon ABŞ dolları, Gürcüstana 53,8 milyon ABŞ dolları, İsveçrəyə 39,1 milyon ABŞ dolları, Amerika Birləşmiş Ştatları 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
1 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
1 saat əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
1 saat əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
2 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Ən çox oxunanlar
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir



























