UBS: "Bəli" çıxarsa Türk Lirəsi 2-3% dəyər qazanacaq
İsveçrənin ən böyük maliyyə holdinqi UBS Group AG, Türkiyədə 16 Apreldə keçiriləcək referendumdan "Bəli" çıxması vəziyyətində Türk Lirəsinin (TL) 2-3% dəyər qazanacağını açıqlayıb.
"Marja" xəbər verir ki, UBS analitikləri referendumdan sonra üçün bazar gözləntilərini bölüşüb. Analitiklərin hazırladığı hesabata görə, referendumdan "bəli" çıxması ehtimalı böyük miqdarda TL-nin qiymətində əks olunub və nəticə yalnız "qısamüddətli" bir "ralliyə" səbəb ola bilər.
TL-nin ilin əvvəlindən bu yana ən pis performans göstərən inkişaf edən ölkə pul vahidi olduğu bildirilərək - "Bəli" çıxarsa Türk Lirəsi daha 2- 3% dəyər qazana bilər. Uzun perspektivdə isə aşağı real faizlər, cari balansda mümkün ağırlaşma və kapital hesablarının maliyyə quruluşundakı gücsüzlük Türk Lirəsində, səhmlərində və istiqrazlarda ehtiyatlı olmağımıza səbəb olur" analitiklər qeyd ediblər.
Hesabatda, "Bəli" çıxdığını fərz etsək, bazarlar iqtisadi islahatlara üstünlük verilməsini və erkən seçkidən imtina edilməsini istəyəcəkdir",- deyilir.
"XEYR" ÇIXSA....
"Xeyr" çıxmasının bazara mümkün təsirini dəyərləndirən qurum, "Xeyir çıxması daha böyük qeyri-müəyyənliyə səbəb olacaq, Türk Lirəsi və digər aktivlər üzərində təzyiqə səbəb olacaqdır. Bu vəziyyət daha çox pulla bağlı sərtləşməyə və iqtisadi inkişafda aşağı istiqamətli risklərə yol açacaqdır" -ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
35 d. əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
-
2 saat əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
























