“Nar” İcazələrin Alınması və Monitorinqi Sistemi”nə dəstək olmaqda davam edir
(®️) “Nar” koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizəyə dəstək məqsədilə zəruri tədbirlər həyata keçirməkdədir. Belə ki, mobil operatorun mütəxəssisləri qısa zaman ərzində “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin mobil operatorla inteqrasiyasına və abunəçilərə fasiləsiz xidmət göstərilməsinə nail olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi sistem “Nar” tərəfindən qısa müddət ərzində test edilib və lazımi tənzimləmələr aparılıb. Nəticədə, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.
Eyni zamanda, abunəçilərin "8103" xidməti ilə bağlı yarana biləcək suallarını cavablandırmaq məqsədilə “Nar”, sosial media səhifələrində bir çox faydalı məlumatlar paylaşır. Həmçinin, abunəçi bazasına maarifləndirici SMS məlumatlarının göndərilməsi də təmin olunub.
Koronavirus pandemiyası ilə əlaqədar abunəçilərin sorğularını fasiləsiz cavablandırılması məqsədilə “Nar” müştəri xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, mobil operator xüsusi karantin rejimində abunəçilərinin evdən çıxmadan bir çox xidmətlərdən yararlanmasına dəstək olub. Abunəçilər öz sorğularını evdən çıxmadan 777 Çağrı Mərkəzi ilə yanaşı, “Nar+” mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərlər. Bununla yanaşı, 02.04.2020 tarixindən etibarən abunəçilər üçün “Səyyar Nar” xidməti də təşkil edilib. Bu xidmət vasitəsilə “Nar” nümayəndəsi müştərinin ünvanına gəlir və nömrə ilə bağlı sorğunu yerində həll edir. Bundan başqa, mobil operator məsafədən nömrə satışını da həyata keçirir və müştərilərin narsim.az vebsaytı üzərindən seçdikləri nömrə birbaşa evlərinə çatdırılır.
Qeyd edək ki, “Nar” koronavirus pandemiyasının ölkədə yayılmasına qarşı aparılan tədbirlərə dəstək göstərməyi öz sosial məsuliyyəti hesab edir. Mobil operator xüsusi karantin rejimi zamanı həyata keçirilən bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 18 d. əvvəl
-
52 d. əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
1 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
1 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
2 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Prime Cotton”ın ixracında güclü artım
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
























