Türkiyədə qanunsuz yaşayan azərbaycanlıların leqallaşdırılması yaxın zamanda həllini tapacaq”
“Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması ilə bağlı məsələdən xəbərdarıq və bunun üzərində işləyirik”.
Bunu açıqlamasında Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, mövcud problemlə bağlı müvafiq addımlar atılacaq: “Məsələdən məlumatımız var. Bunun üzərində işləyirik. Türkiyə hökumətinin ümumi köç siyasəti çərçivəsində işlər aparırıq. Azərbaycan bizim canımız, azərbaycanlılar bizim qardaşlarımızdır. Heç narahat olmayın. Bu məsələ yaxın zamanda öz həllini tapacaq”.
Qeyd edək ki, Türkiyədə, xüsusilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələrinin siyahıya alınmasına başlanılıb və məsələnin mərhələli həllinin reallaşacağı barədə məlumat verilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 d. sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















