Maarifləndirmə çox işə yaramadı, gələn ildən cərimə olacaq
Vergilər Nazirliyi, gələn ildən etibarən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtinaya görə cərimələrin tətbiq edilməsinə yaranmış narazılıqlara cavab verib.
“Marja” xəbər verir ki, bu gün Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında nazir müavini Sahib Ələkbərov bildirib ki, nağdsız ödənişlərin artırılması üçün maarifləndirmə tədbirləri ilə böyük nəticələrə nail olunmadı. Bu səbəbdən gələn ildən cərimələr tədbirindən istifadə olunacaq.
“İllərdir nağdsız ödənişlərin inkişaf etdirilməsində, daha geniş tətbiq edilməsində çox ciddi problemlər var. Deyirlər maarifləndirmə lazımdır, məlumatlandırma lazımdır. 10 ildir bunu edirik. 1-2 ildir yox, 10 ildir, bəlkə də daha çox. Amma bunun sonu olmalıdır. Qərar verildi ki, bu məsələyə də nöqtə qoyulmalıdır. Gələn ildən etibarən hər yerdə yeni nəsil, onlayn nəzarət kassa əməliyyatları və POS-terminallar olmalıdır.Əməliyyat həyata keçirilən kimi məlumat Vergilər Nazirliyinin serverində əks olunacaqdır. Zaman çoxdan yetişib, bunu etməmək mümkün deyil”,- Sahib Ələkbərov deyib.
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinin 58.7 maddəsi yeni redaksiyada verilib: Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
3 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
2 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
2 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
3 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
3 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
Ən çox oxunanlar
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb






.jpg)
.jpg)




.jpg)








