Asiyanın ən varlı adamının sərvəti kəskin artıb
Asiyanın ən varlı adamı hindli iş adamı Mukesh Ambani 2019-cu ildə sərvətini 17 milyard dollar artırıb.
Bloomberg Milyarderlər İndeksinə görə, hindli milyarder iş adamı Mukesh Ambani 23 dekabr etibarilə fərdi sərvətinə 17 milyard dollar əlavə edərək xalis aktivlərini 61 milyard dollara qaldırıb."Marja" xəbər verir ki, bu il "Amazon"un qurucusu Jeff Bezosun 13.2 milyard dollar itirməsi, "Alibaba"nın qurucusu Jack Manın isə sərvətini 11.3 milyard dollar artırması ilə müqayisə edildiyində, Asiyanın ən zəngin adamı olan Mukesh Ambaninin yaxşı bir il keçirdiyi deyilə bilər.
Ambaninin qurucusu olduğu və əsas fəaliyyət sahəsi neft emalı və neft-kimya işi olan "Reliance Industries Limited" şirkəti bu il istehlakçı məhsullarına yönəlib. Ambaninin sərvətindəki güclü artım, Reliance Industries Limited" şirkətinin səhmlərinin 38%-lik bahalaşaması sayəsində olub.
Sərmayəçilər, telekommunikasiya və pərakəndə kimi sektorların daha da böyüyəcəyi gözləntisi ilə pullarını "Reliance"yə qoyurlar. "Amazon.com Inc." kimi şirkətlərlə rəqabət apara bilmək üçün yerli bir e-ticarət nəhəngi meydana gətirmək məqsədilə, Ambani, quruluşundan üç il sonra Hindistanın 1 nömrəsi olan simsiz telefon işinə çoxu borclanma ilə əldə etdiyi puldan təxminən 50 milyard dollar yatırıb.
Mumbaidə 3 milyard dollarlıq fondu idarə edən "TCG Asset Management"in baş sərmayə məsulu Chakri Lokapriyaya görə, Ambaninin liderliyi ilə "Reliance" yalnız neft və təbii qaz sahəsində qalmayıb, telekommunikasiya və pərakəndə sektorlarına genişlənib və yaxın zamanda e-ticarətdə də "Reliance"ın inkişaf edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















