Qoyunçuluq biznesinə başlayıb, lakin işləri qaydasında getmir
“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”
100 milyardlıq “Xəzər adaları” layihəsi üçün gündəmə gələn, sonra Beynəlxalq Bank” işi ilə bağlı işləri dolaşığa düşən və saxlanılaraq “Bandotdel”də ifadə verən iş adamı Hacı İbrahim Nehrəmli qoyunçuluq biznesinə başlayıb. Lakin kənd təsərrüfatında da biznesmenin işləri qaydasında getmir. Bu dəfə o, kəndlilərin torpağını əlindən almaqda ittiham olunur.
Saatlı rayon sakini Validə Məmmədova bildirib ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Gülhüseyn Əhmədovun 2000 və 2003-cü il tarixli sərəncamları ilə ailə kəndli təsərrüfatı ilə məşğul olmaq üçün ona 30 hektar torpaq sahəsi ayrılıb:
“O vaxtdan bəri mən burada qoyun və inək saxlayıram. 2009-cu ildə rayona yeni təyin olunan başçısı Siracəddin Cabbarov mənimlə həmin torpaq sahəsinin 15 il müddətinə istifadə edilməsi ilə bağlı icarə müqaviləsi bağladı. Lakin Siracəddin Cabbarov 2018-ci ildə torpağı qanunsuz olaraq İbrahim Nehrəmliyə verib. O da bir müddət sonra mənə verilən torpağın qonşuluğunda “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikdi. İbrahim Nehrəmli hər həftə sonu bura gəlib bizə ərazidən çıxmağımızı tələb edir. Biz bundan sonra məhkəməyə müraciət etdik və Şirvan İnzibati-iqtisadi Məhkəməsi bizim xeyrimizə qərar çıxardı.
Amma Nehrəmli İbrahimin Şirvan Apellyasiya Məhkəməsinə göstərdiyi təsirdən sonra, kəndliləri məhkəmə iclasına çağırılmadan milyonçunun xeyrinə qərar qəbul etdilər”.
Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. Hacı İbrahim məhkəməyə müraciət edərək kəndlilərin onun torpaq sahəsində mal-heyvan otardıqları üçün ona 10 min manata yaxın ziyan vurduqlarını bildirib. Həmçinin, bu işə görə ona mənəvi zərər dəydiyini idda edərək 9396 manat otlaq pulu, 50 min isə mənəvi zərərə görə kəndlilərdən pul istəyib. Həmçinin 2000-ci ildən bəri qoyunçuluqla məşğul olan kəndlilərin o torpaq sahəsindən çıxarılmasını istəyib.
Məhkəmə gedişatında məlum olub ki, İ.Nehrəmli Saatlıda 3 min baş qoyun saxlayır.
V.Məmmədova əlində sənədləri olduğu halda qanunsuz olaraq torpaq sahəsindən çıxarılmaq istədiyini və bu barədə məhkəməyə İ.Nehrəmlinin əlaqələri vasitəsilə təsir etdiyini iddia edib. 78 yaşlı Validə Məmmədova Ali Məhkəmənin ədalətli qərar verməsini istədiyini bildirib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























