"AccessBank-ın yeni xidməti ilə bugünün işini sabaha saxlamayın" - MÜSAHİBƏ
Biznes kreditləşməsi üzrə bank sektorunun liderlərindən biri olaraq, müştərilərinin tələbatı əsasında AccessBank mütəmadi şəkildə bazara yeni məhsullar çıxarır. Bu cür məhsullardan biri də overdraftdır. Bu terminin arxasında nəyin gizləndiyini çox adam bilmir. Qısaca onu deyə bilərik ki, overdraft spesifik şərtləri olan kredit məhsuludur. Sözügedən məhsul barədə detallı məlumatı AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru Vaqif Babayev məlumat verəcək.
- Vaqif bəy, əvvəla, overdraftın nə olduğunu açıqlayın.
- Bu terminin tərcüməsi "layihədən daha artığı" mənasını verir. Başqa sözlə, AccessBank sizə yalnız hesabınızda olan vəsaiti xərcləməyə imkan vermir, eyni zamanda bir qədər borc götürməyə da imkan yaradır. Overdraftdan yararlanan müştərilərimiz, cari hesabında vəsaitin olmamasına baxmayaraq, müxtəlif ödənişlər həyata keçirə bilərlər. Bu məhsul qısamüddətli likvidlik çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub. Sadə dildə desək, biz müştəriyə overdraft təklif edirik, çünki qısa müddət sonra onun hesabına vəsaitin daxil olmasından əminik.
Sual oluna bilər ki, bu, nə üçün lazımdır? Müştərilərimizin hesabına daxilolmalar heç də hər zaman onların ödəniş (mal və əmtəə, vergi, əməkhaqqı) tarixləri ilə üst-üstə düşmür. Buna görə, müştəri AccessBank-dan borc götürür və hesabına vəsait daxil olan an borcunu qaytarır. Bir məqamı da diqqətinizə çatdırım ki, ödənişi həyata keçirmək üçün müştərilərimizin filiala getməyinə ehtiyac yoxdur: vəsait hesaba daxil olan kimi, borc avtomatik olaraq silinir.
- Gəlin overdraft ilə kreditin əsas fərqlərini detallı incələyək...
- Fərqlərdən biri odur ki, kredit konkret məqsədlər üçün (məsələn, məhsul, əmlak alışı və s.) verilir. Kreditin bəlli bir ödəniş qrafiki olur və müştəri ödədiyi vəsaitdən yenidən istifadə edə bilməz. Overdraft isə yenidən bərpa olunan məhsuldur. Yəni müştəri onu müəyyən ödənişlər üçün istifadə edir, cari hesaba vəsait daxil olan kimi isə borc avtomatik olaraq bağlanır. Maraqlı məqamlardan biri odur ki, müştəri yalnız overdraftdan faktiki istifadə etdiyi günlər üzrə ödəniş edir.
Digər fərq isə rəsmiləşmənin sürətindədir. Overdraftın rəsmiləşməsi üçün minimal sənədlər paketi tələb olunur. Əsas şərt bank hesabı (həm AccessBank, həm də digər banklarda) üzrə dövriyyənin mövcudluğudur.
- Başqa sözlə, biz deyə bilərik ki, overdraft almaq üçün yalnız müştərinin ərizəsi kifayət edir?
- Bəli. Digər sənədləri bizim əməkdaşlarımız tərtib edəcək. Qeyd edim ki, overdraft maksimum 2 günə verilir.
- Bəs overdraftın limiti necə müəyyən olunur?
- Overdraftın limiti müştərinin hesabına daxil olan orta aylıq vəsaitdən asılıdır. Müştərinin biznesinin spesifikliyindən və onun kredit tarixçəsindən asılı olaraq, overdraftın limiti 20-80% aralığında dəyişə bilər.
- Overdraftın əsas üstünlükləri hansılardır?
- Overdraftın üstünlüklərindən danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki, müştərilərimiz müəyyən limit çərçivəsində istənilən vaxt onlara lazım olan vəsaiti əldə edə bilərlər. Yeri gəlmişkən, pul vəsaitini qeyri-məhdud sayda əldə etmək olar - bu, bərpa olunan resursdur. Digər üstünlüyü odur ki, overdraft qısamüddətli xərclərin ödənilməsinə hesablanmış kredit məhsuludur. Başqa sözlə desək, kredit resurslarını istənilən məqsədə yönəltmək olar. Faizlər yalnız overdraftın istifadə olunan məbləğinə hesablanır. Əgər overdraft istifadə olunmayıbsa, faiz hesablanmır. Qeyd etməyə dəyər ki, kreditin məbləği mütəmadi olaraq bərpa olunur. Bankla yeni kredit müqaviləsi imzalamağa ehtiyac yoxdur. Müəyyən limitədək girov tələb olunmur. Overdraft sahibkarlara biznes tsiklində gecikmələrdən yayınmağa imkan verir.
- Bu məhsulun müştərilər tərəfindən seçilməsinə təsir edən əsas amillər hansılardır?
- Müəyyən limitədək overdraftlar girovsuz, 1 gün ərzində və tam maliyyə analizi aparılmadan verilir. Bu isə məhsulu olduqca əlçatan edir.
AccessBank-ın bu məhsulunun iş prinsipi ondan ibarətdir ki, müştərilərimiz hesabında sıfır gördükdə, narahat olmaya bilərlər. Çünki AccessBank-ın overdraft məhsulu ilə sıfır o qədər də pis deyil! Hesabınızda kifayət qədər vəsait olmasa belə, overdraftın köməyi ilə təcili ödənişlərinizi həyata keçirmək üçün siz zəruri vəsaiti əldə edə biləcəksiniz.
AccessBank biznesdə maliyyə operativliyinin vacibliyini anlayır və məhz overdraft ilə siz bu əminliyi hiss edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
37 d. əvvəl
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
Yanvarın 13-də gözlənilən hava şəraiti
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb










.jpg)










