Büdcənin icrasına dair operativ məlumat - 404 MİLYON MANAT ARTIQLIQ
2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon, xərcləri 5 milyard 35,9 milyon manat olmuş, 403,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.
Gəlirlər
2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat və ya 99,1 faiz icra olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur.
Həmin vəsaitin 69,1 faizi və yaxud 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2019-cu ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 milyard 14,1 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 milyon manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 dəfə və yaxud 22,3 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilmişdir.
Xərclər
2019-cu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5 milyard 35,9 milyon manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və ya 14,2 faiz çoxdur.İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2 milyard 104,5 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur.
2019-cu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2 milyard 707,3 milyon manatı və ya 53,8 faizi cari xərclərə, 1 milyard 984,4 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 milyon manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən cari ilin birinci rübündə 927,7 milyon manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 milyon manat vəsait yönəldilmişdir.
2019-cu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
İcmal büdcə
Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 9 milyard 192,2 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 129,2 milyon manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5 milyard 76,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319,0 milyon manat və ya 6,7 faiz azdır. İcmal büdcədə 4 milyard 115,3 milyon manat artıqlıq (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
15 d. əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
42 d. əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 49 d. əvvəl
-
56 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Ən çox oxunanlar
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib





















