2 ayda özəl sektorda 40 min əmək müqaviləsi bağlanılıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hesab edir ki, ölkədə aparılan islahatlar əmək bazarına çox böyük təsir göstərib.
"İki islahat aparılıb, xüsusilə gəlir vergisi və sosial sığorta yığımları birləşdirilib, qeyri-neft sektorunda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə 7 illik güzəşt tətbiq edilib, minimum əmək haqqının məbləği yaşayış minimumu səviyyəsinə yüksəldilib", - deyə S.Babayev bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə həsr olunmuş forumda bildirib.
Onun sözlərinə görə, artıq müsbət nəticələr var. "2018-ci ilin yekunları üzrə ölkədə 90 mindən çox əmək müqaviləsi bağlanılıb, lakin 2019-cu ilin 2 ayının nəticələrinə görə əmək müqavilələrinin sayı 53 min (13 mini dövlət sektorunda, 40 mini özəl sektorda) təşkil edib”, – deyə nazir qeyd edib.
S.Babayev vurğulayıb ki, Azərbaycanda işsizlik səviyyəsi cəmi 5% təşkil edir. "Lakin nəzərə almaq lazımdır ki, hər il ölkənin əmək bazarına 100 min yeni insan daxil olur və buna görə də biz yeni iş yerlərinin yaradılması siyasətini davam etdirməliyik", - deyə o əlavə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























