Heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb - KƏRİMOV FERMERLƏRLƏ GÖRÜŞÜB
Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhəkəsinə qədəm qoyub:
“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq”.
Daha sonra Aqrar Tədqiqatlar Mərkəzinin heyvandarlıq şöbəsinin baş mütəxəssisi Elşad Rzayev Dövlət Proqramının layihəsi barədə təqdimatla çıxış edib. İştirakçılara Dövlət Proqramının məqsədi, funksiyaları, istiqamətləri, əhəmiyyəti, növbəti illərdə ölkədə heyvandarlığın inkişaf etdirilməsi, örüş-otlaq ərazilərindən səmərəli istifadə məqsədilə görülən işlər barədə geniş məlumat verilib.
Təqdimatdan sonra nazir İnam Kərimov fermerlərin suallarını cavablandırıb. İctimai müzakirələrdə Dövlət Proqramına təkliflər səsləndirilib, layihədə nəzərdə tutulan əsas istiqamətlər barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. İctimai müzakirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























