Səba-dan GMO açıqlaması
“Səba yalnız qeyri-GMO sortları yetişdirir və satır”
“Səba şirkəti Azərbaycanda yalnız qeyri-GMO bitki sortları yetişdirir” – bunu Marja-ya şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Fermerlər Səba-nın onlara təklif etdiyi “Pioneer” qarğıdalı toxumlarının da GMO sort olmadığına tamamilə əmin ola bilərlər.
“Çünki Səba “Pioneer HiBred Switzerland S.A.” şirkəti ilə əməkdaşlıq edir. Bu şirkət beynəlxalq “Pioneer HiBreed” şirkətinin İsveçrədə toxum yetişdirən təmsilçisidir. Bildiyiniz kimi, İsveçrə 100% GMO-dan azad ölkələr siyahısındadır. Bu ölkənin bütün ərazisində 2005-ci ildən bəri GMO bitki və heyvanların yetişdirilməsi qadağandır”, – Səba-dan belə deyiblər.
Səba şirkəti fermerlərə “Pioneer”dən P2088, P0573, PR31A34, P3394, P1921, PR34N24 qarğıdalı sortları təklif edir. “Bu sortların qeyri-GMO sortları olduğuna http://sorttoxumagro.gov.az/az/view-page/108 baxmaqla əmin ola bilərsiniz. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Dövlət Xidmətinin rəsmi saytı olan bu səhifədə GMO sortların siyahısı yerləşdirilib. Səba-nın təklif etdiyi və yetişdirdiyi sortlar bu siyahıda yoxdur”, – şirkətdən əlavə ediblər.
Qeyd edək ki, Səba şirkətinə aid olan “Qarabağ Taxıl” müəssisəsi fermerlərə qarğıdalı və soya toxumları satışına başlayıb. Fermerlərə aqrotexniki qulluq məsləhətləri verə biləcəyini də elan edən müəssisə hazır məhsulun onların əllərində qalmayacağına da əminlik verib – fermerlər yetişdirdikləri məhsulu Səba-ya sata biləcəklər.
XXX
Xatırladaq ki, “Marja”da “SƏBA fermerlərə GMO nəhənginin toxumlarını təklif edir” başlıqlı məqalə yaylmışdı.
Məqaləni yenidən təqdim edirik.
Bu gün “Səba” şirkətlər qrupu rəsmi press-reliz və press-reliz ilə bərabər foto yayıb.
Fotoda “DoPont” və “Pioner” şirkətlərinin loqoları əks olunub. “Səba” bildirir ki, törəmə şirkəti “Qarabağ Taxıl” bu şirkətlərin toxumlarını fermerlərə təklif edir.
Nəzərinizə çatdıraq ki, “DoPont” dünyada gen mühəndisliyinin öncüllərindən biridir. Bu şirkətin saytında bildirilir ki, GMO - genetik modifikasiya olunmuş orqanizmlər deməkdir və genin aktivləşdirilməsi və kənar genin əlavə edilməsilə alınan bitkilər və ya mikroblar GMO sayılır.
Azərbaycanda GMO məhsul və toxumların idxalı, satışı və becərilməsi qadağandır.
“Səba” şirkətlər qrupu “Səba” toyuq ətləri ilə də məşhurdur. Şirkət quşları “Qarabağ Taxıl”ın becərdiyi qarğıdalının yemləri ilə bəsləyir.
Bu gün “Qarabağ Taxıl” müəssisəsi fermerlərə qarğıdalı və soya toxumu satışına başladığını elan edib.
“Səba” şirkəti bildirir ki, həm hüquqi, həm də fiziki şəxslər yüksək keyfiyyətə malik toxum almaq üçün “Qarabağ Taxıl”a müraciət edə bilərlər. Müəssisə həm öz istehsalı olan, həm də eksklüziv distribüteri olduğu beynəlxalq şirkətlərin qarğıdalı və soya toxumlarını təklif edir.
“Dünyada məşhur qarğıdalı toxumu istehsalçısı “Pioneer” şirkətinin Azərbaycanda eksklüziv distribüteri kimi, “Qarabağ Taxıl” bu brendin toxumlarını da təqdim edir. “Pioneer” qarğıdalı toxumları 50 və 80 min ədədlik kisələrdə satılır”,- şirkətin məlumatında deyilir.
Qeyd edək ki, “Pioneer” şirkəti “DoPont” şirkətinə bağlıdır.
Şirkətdən bildirilib ki, Azərbaycanın ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” 5 ilə yaxındır ki, qarğıdalı əkini ilə məşğul olur. Sağlam təsərrüfat yaradan “Qarabağ Taxıl” yalnız qeyri-GMO toxumlardan məhsul becərir. Ölkədə ilk dəfə böyük ərazidə soya əkini də bu müəssisənin adı ilə bağlıdır. Fermerlər “Qarabağ Taxıl”ın sınaqdan çıxmış, yüksək keyfiyyətə və məhsuldarlığa malik qarğıdalı və soya paxlası toxumlarını müəssisədən ala bilərlər.
Əlavə edək ki, "GMO Dupont" yazaraq mövzu haqqında ətraflı məlumat toplaya bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
8 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
8 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 8 saat əvvəl
-
13 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 13 saat əvvəl
-
14 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb






















