Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Qlobal bank Brent neftinin 150 dollar səviyyələrini test edə biləcəyi barədə xəbərdarlıq edib.ABŞ-ın investisiya bankı Morgan Stanley tərəfindən yayımlanan yeni hesabatda Hörmüz boğazının bağlı qalma müddətinin iyun ayını aşacağı təqdirdə, qlobal bazarları qiymət artımlarından qoruyan 9,3 milyon barellik “qalxan”ın çökə biləcəyi vurğulanıb.
Bank blokadanın uzanacağı halda Brent neftinin 150 dollar səviyyələrini test edə biləcəyi barədə xəbərdarlıq edib.
-----------
İran müharibəsi səbəbindən təxminən 1 milyard barellik neft itkisinə baxmayaraq, qiymətlərin 2022-ci ilin pik səviyyələrini aşmamasının arxasında dayanan “müvəqqəti tarazlıq” pozulma siqnalları verir.
Martijn Ratsın rəhbərlik etdiyi Morgan Stanley-in analitikləri bazarın indiyədək ABŞ-ın rekord ixracı və Çinin azalan idxalı sayəsində ayaqda qaldığını bildiriblər.
Təhlildə dünyanın qalan hissəsini təchizat darboğazından qoruyan iki amilə diqqət çəkilib. Bunlardan birincisinin ABŞ-ın ixracını gündəlik 3,8 milyon barel artıraraq bazara yeni təklif təmin etməsi olduğu qeyd edilib. Digər amil isə Çinin idxalını gündəlik 5,5 milyon barel azaltmaqla qlobal tələbi “soyutması” olub.
Bu amillərin təsiri ilə ümumilikdə 9,3 milyon barellik rahatlama təmin edən bu dinamika müharibənin fiziki şokunu indiyədək absorbsiya etməyi (“udmağı”) bacarıb.
Kritik ay — iyun
Morgan Stanley-ə görə, bu “qalxan” sonsuza qədər davam etməyə bilər. ABŞ-ın bu yüksək ixrac səviyyəsini qorumaq imkanının çətinləşdiyi və təzyiq altında olduğu müşahidə edilir.
Çinin idxalındakı azalmanın müəyyən bir nöqtədə dayanması və ehtiyatların tamamlanması prosesinə keçməsi bazarda ani tələb təzyiqi yarada bilər.
Bankın baza ssenarisi boğazın iyun ayında — ABŞ ixracı və Çin ehtiyatları hələ tam tükənmədən — açılacağı istiqamətindədir. Lakin boğazın bağlı qalması iyul ayına keçərsə, yəni neft qiymətləri üçün “boğa ssenarisi”ndə Brent neftinin qiymətinin kəskin şəkildə yüksəlməsi qaçılmaz olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
6 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 9 d. əvvəl
-
19 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
43 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
56 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ən çox oxunanlar
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək











.webp)












