"Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlət başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Dövlət başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini deyib. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirib.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirib. K.Mikuriya xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını deyib və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu deyib. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirib. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlət başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının “Doing Business” hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
-
- 12 d. əvvəl
-
34 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 36 d. əvvəl
-
41 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı




















