“Plato Menecment” investisiya şirkəti nizamnamə kapitalını 79% artırır
“Plato Menecment İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 300 min manat və yaxud 78,95% artırılaraq 380 min manatdan 680 min manata çatdırılacaq.
İinvestisiya şirkətinə istinadən xəbər verilir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 200 min ədəd yeni səhm buraxılacaq və onları "Plato Menecment"in mövcud səhmdarları indiki paylarına uyğun olaraq əldə edəcəklər.
Xatırladaq ki, “Plato Menecment”i 2002-ci ildə, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. Bankın lisenziyası ləğv edildikdən sonra investisiya şirkəti adını “Kapital Menecment”ə dəyişərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib. Bir qədər sonra isə Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti “Kapital Menecment”in səhmlərinin 99%-ni əldə edib və maliyyə qurumunun adı “Plato Memecment”ə dəyişdirilib. Onun səhmlərinin qalan 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























