Beynəlxalq Bankın eks sədri dolları “qara bazar”a ötürürmüş?
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri, vəzifəsindən sürpriz şəkildə azad edilən Elmar Məmmədov saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.
Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır. Hazırda hüquq-mühafizə orqanları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə dollar “qara bazarı” ilə bağlı araşdırma aparır, banklardan dolların qara bazara necə ötürüldüyünü üzə çıxarmağa çalışır.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun Beynəlxalq Bankda aşağı faizlə rekord həcmdə-1 milyard dollar depozit yerləşdirmişdi və bu, valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün atılan addımlardan biri idi. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır...
***
Hazırda Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov öz evindədir. Bunu bankirə yaxın mənbə xəbər verib. E.Məmmədov “qara bazar”ın fəqliyyəti ilə bağlı dindirilib.
***
Xəbər verdiyimiz kimi, Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.
Xatırladaq ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraqAzərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir, Bankın bütün filial və şöbələri öz fəaliyyətini normal qaydada həyata keçirir.
Mənbə: virtualaz.org
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 15 d. əvvəl
- 22 d. əvvəl
-
36 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
38 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək





















