Bu gün Dünya və Dolların gələcəyi üçün mühüm qərar veriləcək
Bu gün ABŞ Mərkəzi Bankının (Fed) iki gün davam edən iclası başa çatacaqdır.
"Marja" xəbər verir ki, Fed bu gün Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır.
Fed-in bu iclası beynəlxalq bazarlar tərəfindən daha böyük maraqla izlənir. Bir tərəfdən Fed-in pul siyasətinə bağlı qalaraq faizi artıracağı gözlənilir, digər tərəfdən ABŞ Prezidenti Fed-i tənqid etməkdə davam edir.
ABŞ Prezidenti Donald Tramp, Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu bir dövrdə Fed-in faiz artırmağı düşünməsinin belə "ağlasığmaz" olduğunu bildirib.
Bundan başqa Tramp, Fed rəsmiləri ilə əlaqədar olaraq, "Ümid edirəm ki başqa bir xəta etməzlər",-deyib.
ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"DoubleLine Capital"ın Baş İnformasiya inzibatçısı Jeffrey Gundlach, "Fed bu həftəki iclasında faiz artırmamalıdır, çünki istiqraz bazarına dair narahatlıqlar və yavaşlayan iqtisadiyyata dair gözləntilər 2020-ci ildə pul siyasəti dəyişikliyi tələb edə bilər",- deyib.
Fed sədri bir müddət əvvəl verdiyi açıqlamada faizlərin neytral səviyyəyə yaxın olduğunu bildirmişdi. Analitiklər, bu açıqlamanı şərh edərək, Fed-in Dekabrda faiz artıracağını, gələn il isə faiz artırmağa fasilə verəcəyini qeyd edirlər.
Bəzi iqtisadçılar Fed-in bu iclasda faiz artırmayacağını və bunu gələn ilin Mart ayında edəcəyini bildirirlər.
Dekabr iclasında Fed-in faizi 2,25%-dən 2,50%-ə qaldıracağı gözlənilir. Fed Bakı vaxtı ilə saat 23:00-da mətbuat açıqlaması ilə bərabər iqtisadi planları da açıqlanacaqdır. Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Pauelin verəcəyi açıqlamalar bazarlarda qiymət dəyişikliklərinə səbəb ola bilrər.
"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər"
Qlobal investisiya bankı "Goldman Sachs"a görə, Fed rəsmilərinin 2019-cu ildə faizin neçə dəfə artırılacağına dair proqnozu 2-yə düşmək əvəzinə 3-də qalarsa, Dollar, G - 10 valyutaları qarşısında ilin sonuna doğru yeni zirvələr (ən yüksək səviyyələr) görə bilər.
"Goldman Sachs"ın iqtisadçılarının gözləntisi sayın 2-yə endiriləcəyi istiqamətindədir.
"Goldman"a görə, Fed açıqlamasında ya da mətbuat konfransında ehtiyatlı bir dil istifadə etməməsi vəziyyətində də dollar bahalaşa bilər.
"Fed bazarları təəccübləndirməyəcək"
Amerikalı iqtisadçılar, ABŞ Mərkəzi Bankının (Fed) bu həftə, 2018-ci ildə sonuncu dəfə faiz artıracağını və gələn il faizin artırılacağı sayı ilə bağlı proqnozunu 3-dən 2-yə endirəcəyini gözləyirlər.
"Moody's Analytics"in direktoru Ryan Sweet Fed-in faiz nisbətini 25 bənd artıraraq 2.25-2.50 faiz aralığına qaldırmasını gözlədiyini qeyd edərək, "Fed, bazarları təəccübləndirməyəcək və ilin son iclasında 4-cü dəfə faiz artıraraq 2018-i planlaşdırdığı kimi başa vuracaqdır",- deyib.
Dekabr ayı Fed iclasından sonra çox mesaj veriləcəyini deyən Sweet, "İqtisadi artım və inflyasiya proqnozları aşağı salınacağına görə, Fed-in gələn il 3 əvəzinə 2 dəfə faiz artıracağı siqnalını verməsini gözləyirik", - ifadəsini istifadə edib.
Sweet, açıqlama mətnində Fed-in, gələcəkdə məlumatlara daha həssas olacağını qeyd edərək, "faizin mərhələli artırılması uyğundur" cümləsinin yeni mətndə yer almayacağını ya da daha "göyərçin" bir ifadə ilə dəyişdiriləcəyi proqnozunu verib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in dekabr iclasının ardından maraqlı bir mərhələyə qədəm qoyacağını qeyd edərək, "Fed-in bu həftə "göyərçin" bir faiz artımı etməsini gözləyirəm",- deyib.
Fed-in pul siyasətini müəyyənləşdirən FOMC-ın "göyərçin" (yumuşaq pul siyasəti tərəfdarı) tonunun qərar mətninə də əks olunacağını qeyd edən O'Sullivan, "siyasət faizində mərhələli əlavə artımlar, iqtisadiyyatın davamlı böyümə, güclü məşğulluq bazarı və 2 faiz inflyasiya hədəfilə uyğun" cümləsinin mətndən çıxarılacağı proqnozunu da verib.
O'Sullivan, gələn il 3 dəfə faiz artırılacağına dair gözləntisini qoruduğunu, ancaq bu toplantının ardından gözləntilərini yeniləyə biləcəyini söyləyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Jim O'Sullivan Fed-in səbrli olacağını qeyd edərək, "Fed rəsmiləri, məşğulluq göstəriciləri nisbətən güclü qalmaqda davam etsə belə, yenə də faiz artırmadan əvvəl 3 aydan daha çox gözləmək istəyəcəklər. Faizlər xeyli yüksəlib,maliyyə şərtləri sərtləşib. Bu səbədən Fed faiz artırmağa fasilə verə bilər",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)















