Bank və sığorta şirkətlərinin risk menecerləri görüşüb - WhatsApp-da qrup yaradılacaq
ARPA-nın tərkibində olan Risk Komitəsi “Atabank” ASC-nin Risk Menecmenti Departamentinin direktoru Elman Sadıqovun sədrliyi ilə növbəti görüşü keçirilmişdir. Görüşdə bank və sığorta şirkətlərinin risk menecerləri iştirak etmişlər.
ARPA-dan "Marja"ya daxil olmuş məlumata görə, iclasın əsas müzakirə mövzuları bank və sığorta sektorunda risk dərəcəsi getdikcə artmaqda olan istər informasiya texnologiyaları, istərsə də plastik kartlar sahəsində fraud (saxtakarlıq) hallarının çeşid və həcm etibarilə artması və onların qarşısının alınması yolları, bu sahədə tətbiq olunan beynəlxalq təcrübələr və maliyyə sektorunun 2014-cü ildən öncəki vəziyyəti, böhran dövrü və mövcud vəziyyətin müqayisəli təhlili olmuşdur.
Saxtakarlıq halları ilə bağlı mövcud risklərin aradan qaldırılması üçün ilk növbədə onların vaxtında müəyyən edilməsinin vacibliyini qeyd edən E.Sadıqov bunun üçün risk menecerlərinin qarşılıqlı əlaqələrinin daha sıx və müntəzəm şəkildə olacağını vurğulamışdır. O, qeyd etmişdir ki, bankın başqa sahələrindən (marketinq və sair) fərqli olaraq risklərin idarə edilməsi sahəsində fikir mübadiləsi bir bankda olan saxtakarlıq, sistemə kənar müdaxilə hallarının digər banklarda vaxtında qarşısının alınması və nəticədə bank sisteminə vurulacaq zərərin minimallaşdırılması baxımından çox səmərəli olar.
Görüşdə komitə üzvləri xüsusilə xarici ölkələrdə baş verən müxtəlif saxtakarlıq hallarını qeyd edərək müxtəlif hadisələr haqqında danışmışlar. Həmin halların ölkəmizin bank və sığorta şirkətlərində baş verməməsi üçün indidən ciddi tədbirlərin görülməsinin vacibliyi vurğulanmış, bir neçə müxtəlif həll variantlarına toxunulmuşdur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Sonra E.Sadıqov risk menecerlərinin bu kimi məsələlərdən vaxtında xəbərdar olmaları və daha operativ tədbirlərin görülməsi, bank və sığorta sektorunda risklərin minimallaşdırılmasına yardım etmək məqsədi daşıyan bir təklif irəli sürmüşdür. Həmin təklif WhatsApp proqramında bir qrup yaratmaqdan ibarətdir ki, həmin qrupda saxtakarlıq və dələduzluq hallarına qarşı daha mütəşəkkil tədbirlərin görülməsi və risklərin minimallaşdırılması üçün operativ informasiya və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Komitə üzvləri tərəfindən qeyd olunmuşdur ki, digər kommunikasiya növləri effektivlik və operativlik baxımından geri qaldığı üçün mövcud təklif daha səmərəlidir. Burada əsas məqsədin bir bankda baş verən halın digər banklara yoluxmaması və sistem riski yaranmasının qarşısının alınmasıdır.
Komitə üzvləri saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri ilə bağlı xarici təcrübənin öyrənilməsinin də vacibliyini qeyd etmiş və təklif olunmuşdur ki, AR Maliyyə Bazarları Nəzarət Palatasına bu sahədə xarici mütəxəssis(lər)in iştirakı ilə təlim-seminarlar keçirilməsi üçün müraciət edilsin. Təklif müsbət qarşılanmış və qərara alınmışdır ki, ARPA tərəfindən qeyd olunan məsələ ilə bağlı AR Maliyyə Bazarları Nəzarət Palatasına müraciət olunsun.
Sonra E.Sadıqov Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində riskyönümlü idarəetmə, maliyyə sektorunda risklərin idarə edilməsi sahəsinin vacibliyi və əsas məsələ olan risk mədəniyyətinin formalaşdırılması mövzularına toxunmuşdur. Mövzu ətrafında öz fikirlərini səsləndirən komitə üzvləri müxtəlif problemlərə toxundular və təkliflər səsləndirilmişdir. Qeyd olunmuşdur ki, risklərin idarə edilməsi zamanı hər bir risk meneceri spesifik məsələləri, hər bir bankın məruz qaldığı fərdi riskləri və amilləri nəzərə almalı, risklərin idarə edilməsində formallıq və bürokratik məsələlər minimuma endirilməlidir.
Sonra risklərin idarə edilməsi sahəsində mütəxəssislərin yetişdirilməsi, analitik təhlil məsələləri, proqram təminatlarındakı çatışmazlıqlar, modelləşdirmə və makro stress testlərin həyata keçirilməsində çatışmazlıqlar kimi vacib məsələlərə toxunulmuşdur. Risklərin idarə edilməsində səmərəliliyin 70-80%-nin statistik bazanın təkmil olmasından asılı olması və mükəmməl statistik bazanın vacibliyinə bir daha toxunulmuşdur. Xüsusilə vurğulanmışdır ki, beynəlxalq hesabatlılıq sisteminə keçid orta və iri sahibkarlıq subyektlərində kredit verilişləri zamanı risklərin daha obyektiv ölçülməsinə şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
12 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















