Dünyanın ən dəyərli markası dəyişdi
Müstəqil məsləhət şirkəti Brend Finance-in nəşr etdiyi "Global 500-2017" adlı hesabatda, Google-ın marka dəyərinin keçən ilə nisbətən 24% artım göstərərək 109,5 milyard dollara yüksəldiyi bildirilib. Keçən ilki hesabatda Google-ın marka dəyəri 88,2 milyard dollar olmuşdu.
“Marja” xəbər verir ki, beləliklə Google, Apple-ı keçərək, dünyanın ən qiymətli markası olub.
Hesabatda, dünyanın ən böyük markalarının müştərilərinə çatmasını təmin edən Google-ın axtarış sisteminin uğuruna diqqət çəkilib, şirkətin bu xidmətdən əldə etdiyi reklam gəlirlərinin də keçən il 20 faiz artdığı vurğulanıb.
Digər tərəfdən, hesabatda, Apple-ın marka dəyərinin keçən ilə nisbətən 27 faiz azalaraq 107,1 milyard dollara düşdüyü qeyd olunub. Şirkətin keçən il marka dəyəri 145,9 milyard dollar olmuşdu.
Beləliklə 2011-ci ildən bu yana 6 il ardıcıl dünyanın ən qiymətli markaları siyahısının zirvəsində yer alan Apple, bu il ikinci sıraya geriləyib.
"MÜŞTƏRİLƏR ŞİRKƏTƏ İNAMINI İTİRMƏYƏ BAŞLAYIB”
Hesabatda, Apple-ın sadiq müştərilərinin şirkətə olan inamını itirməyə başladığı qeyd edilərək "Apple, müştərilərinin yaxşı niyyətini ifrat dərəcədə istismar edib. Apple Watch kimi yeni məhsullar əhəmiyyətli gəlir formalaşdırmaqda uğursuz olub və şirkət istehlakçılarının arzuladığı innovativ texnologiyaları ortaya qoya bilmədi" - ifadəsinə yer verilib.
Apple markasının "işığını itirdiyi" şərhinə yer verilən hesabatda, şirkətin gəlirlərinin böyük hissəsini təşkil edən iPhone-un Cənubi Koreyanın elektronika nəhəngi Samsung ilə bərabər, Çinin mobil telefon istehsalçıları Huawei və Oneplus ilə də rəqabət etmək məcburiyyətində olduğu vurğulanıb.
Dünyanın ən qiymətli markaları siyahısında ABŞ-ın e-ticarət nəhəngi Amazon bu il üçüncü sıradakı yerini qoruyub. Amazon-un marka dəyərinin keçən ilə nisbətən 53 faiz artaraq bu il 106,4 milyard dollara çatdığı bildirilib.
Amazon-un gələcək 18 ay ərzində ABŞ-da 100 min nəfərlik yeni iş yeri yaratmağı vəd etdiyinə diqqət çəkilən hesabatda, şirkətin gələn il dünyanın ən qiymətli markaları siyahısında zirvədə yer ala biləcəyinə də yer verilib.
Siyahıda dördüncü sırada ABŞ telekommunikasiya nəhəngi AT&T, beşinci sırada Microsoft və altıncı sırada Samsung yer alarkən, digər bir Amerikalı telekommunikasiya şirkəti Verizon yeddinci, pərakəndə şəbəkə Walmart səkkizinci, Facebook doqquzuncu və Çinli bankçılıq nəhəngi ICBC onuncu olub.
Brand Finance, dünyanın ən qiymətli markaları siyahısını tərtib edərkən, istehlakçıların şirkətə olan duyğusal bağlılığını, şirkətlərin maliyyə performansını, mövcud və potensial gəlir məbləğlərini, lisenziya müqavilələri və s. kimi amilləri nəzərə alır.
Global 500 siyahısı ilə buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)













.jpg)




