Bakcell daha bir sosial layihəyə start verdi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb.
Şirkətin yayadığı məlumata görə, altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.
Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstəriləcək. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək.
Layihənin xüsusi internet səhifəsində layihə iştirakçıları üçün şəxsi profil yaradılacaq və həmin səhifə vasitəsilə onlar öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim və təklif edə biləcəklər. Həmçinin, işəgötürən şirkətlər qeyd olunan sayta daxil olmaqla iştirakçıların CV məlumatları ilə tanış olub onlarla birbaşa əlaqə yaratmaq imkanına malik olacaqlar. Layihə iştirakçılarına iş tapmaq və yaxud öz məhsul və xidmətlərini satmaq imkanını yaratmaqla yeni portal onlar üçün sosial rifahın yüksəldilməsi və cəmiyyətə uğurlu və sürətli inteqrasiyası üçün lazimi şəraitin yaradılmasını təmin edəcək.
Yüz nəfərə yaxın iştirakçını əhatə edəcək bu layihənin ilkin mərhələsində təşkilatçılar portalda yerləşdiriləcək məhsul və xidmətləri təklif edən həssas əhali qrupların nümayəndələrini müəyyən edəcəklər.
“Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas əhali qruplarına aid insanlara dəstək göstərmək və onların rifahını yüksəltmək üçün yeni imkanlar axtarır. Yeni layihə vasitəsilə biz əlverişsiz sosial şəraitdə yaşayan insanlara iş tapmaqda və öz məhsul və xidmətlərini təklif etməkdə dəstək göstərəcəyik”, deyə Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) Azərbaycan Respublikasında sosial və ictimai psixologiya araşdırmalarının təşviq edilməsi məqsədilə ictimai elmlər peşəkarları tərəfindən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
22 d. əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
36 d. əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
46 d. əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 52 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
2 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!




















