"Çörək yüksək riskə daxil olan qida deyil, istənilən şəxslə debata çıxa bilərəm"
“Azərbaycanın qida müəssisələrinin hər biri üçün ayrıca standartlar müəyyənləşdiriləcək”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə tədbirdə deyib.
Onun sözlərinə görə, son zamanlar mətbuat qida müəssisələrində təftiş və yoxlamaların aparılması ilə bağlı yanlış məlumatlar yayır: "Müəssisələrdə yoxlamaların aparılması və onların cəzalandırılması agentliyin funksiyasına daxil olan məsələ deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir”.
Q.Təhməzli qeyd edib ki, agentlik bəzi qida məhsullarının risklərini önə çəkərək həmin riskləri qiymətləndirməklə məşğuldur: "Belə ki, biz riskin idarə edilməsini tənzimləyəcəyik. Məsələn, son günlər mətbuatda un və un məhsulları ilə əlaqədar bəzi yanlış fikirlər səsləndirilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, çörək yüksək riskə daxil olan qida məhsulları deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. Bu sahədə istənilən şəxslə debata çıxa bilərəm. Bununla bağlı səsləndirilən bəzi fikirlər qeyri-peşəkar yanaşmadır və insanlarda təşviş yaradır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


