Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj, milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər.
Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziya və radiolarda, influenserlərə, çöl və iç reklamlara xərclənir. Hətta www.statista.com saytı 2025-ci il üzrə Azərbaycan reklam bazarını 298.24 milyon ABŞ dolları həcmində dəyərləndirib. Lakin bəzən reklam olsa da satış və marja sahibkarlar üçün kifayət etmir. Biznesin inkişafı xərclərlə proporsional olmur. O zaman problem haradadır sualı ortaya çıxır.
Təbii ki, araşdırma, doğru ölçmə mexanizmləri olmadıqca müşahidə ilə fikir bildirmək çətinləşir. Lakin marketinq və kommuniksiya menecerləri də burda öz monotonluğunu qəbul etməlidir. Problem reklam sayında – çoxluğunda və ya azlığında yox, bütün brendlərin eyni dildə danışması, oxşar sloqanlardan istifadə etməsi, hətta eyni simalar, eyni influenserlərə müraciətindədir.
Məsələn, bu gün bazarda çox brend var ki, fərqli olmaq istəyir, amma eyni cümlələri qurur: “mənim keyfiyyətim”, “münasib qiymətə”, “müştəri məmnuniyyəti”, “inanılmaz endirim” və s. İnsanlar artıq bu sloqanları eşitmir, bu çağırışlara fərqli və loyal yanaşmır. Çünki daha öncə eyni sloqanlarla bağlı müsbət və ya mənfi təcrübəsi var. Bunlar artıq istehlakçı üçün doğru çağırış yox, fon səsidir. Buna görə də artıq dünyanın lider markaları marketinqi yeniləyərək “neyro marketinq”ə fokuslanır. İnsan beyni seçicidir. O, yalnız ona toxunanı təhtəl yaddaşında saxlayır. Qalan hər şey avtomatik filterdən keçir və bloklanır.
Günümüzün marketinqdə ən böyük səhv menecerlərin danışmaqla ünsiyyət qurmağı eyni şey olaraq görməsidir. Lakin müştərilərimiz üçün danışmaq təkcə mesajı ötürməkdir. Lakin onunla ünsiyyət, ona fərqli yanaşdığını hiss etməsidir. Yəni müştəri mesajla həyəcanlanmırsa, hərəkətə keçmirsə, o məlumatı paylaşmırsa xərclədiyiniz pul sadəcə itgidir.
Son olaraq onu da qeyd edək ki, hər bir mesajın altında hərəkətverici və müştəriyə toxunan səbəb olmalıdır. O zaman bazarda fərqiniz hiss olunacaq. Çünki insanlar reklama yox, özlərini anlayanlara reaksiya verir.
Müəllif: Marketinq və kommunikasiyalar üzrə ekspert, Elvin Babayev.
Daha çox yazıları izləmək üçün linkedin səhfəsini izləyə bilərsiniz: https://www.linkedin.com/in/elvin-babayev-menecer/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)







.jpg)







