Nyu York Bələdiyyəsi 5 neft şirkətindən kompensasiya tələb edir - QLOBAL İSTİLƏŞMƏ
Nyu York Bələdiyyəsi, qlobal istiləşməyə səbəb olduqları iddiası ilə dünyanın ən iri 5 enerji şirkətinə qarşı iddia qaldırdığını açıqlayıb.
"Marja" xəbər verir ki, Nyu-York Bələdiyyəsindən verilən açıqlamada, dünyanın ən böyük neft-qaz şirkətlərindən British Petroleum, Chevron, Conocophillips, Exxon Mobil və Royal Dutch Shell-ə cinayət işi açıldığı bildirilib.
Açıqlamada, sözügedən şirkətlərin qlobal istiləşməyə səbəb olduqları iddiasına yer verilib. Bələdiyyənin, Nyu York xalqını qlobal istiləşmənin təsirlərindən qorumaq üçün keçmişdə çəkilən xərcləri və gələcəkdə sərf ediləcək milyardlarla dollarlıq maddi zərəri kompensasiya kimi tələb edtdiyi qeyd olunub.
İqlim dəyişikliyinə qarşı Nyu-York Bələdiyyəsinin milyardlarla dollara ehtiyacı olduğu, bunun təmiz su və tullantı infrastrukturu, sahil təhlükəsizliyi, temperatur dəyişikliyi və səhiyyə kampaniyaları kimi xərclər üçün istifadə ediləcəyinə yer verilən açıqlamada, bələdiyyənin Nyu York xalqını yüksələn dəniz səviyyəsi, güclü fırtınalar və hədsiz istilərə qarşı qorumaq üçün 20 milyard dollarlıq bir proqramın icrasına başladığı qeyd olunub.
Enerji şirkətlərinin, yanacaqlardan istifadənin atmosferə və iqlim dəyişikliyinə mümkün təsirlərinin 1980-lərdən bəri fərqində olduqlarının irəli sürüldüyü açıqlamada, bu şirkətlərin qlobal istiləşməyə və təsirləri haqqında "bilərək aldatma və inkar kampaniyalarına" yardım göstərdikləri iddia edilib.
Açıqlamada fikirlərinə yer verilən Nyu York Bələdiyyə sədri Bill de Blasio, "İqlim dəyişikliyi daha da pisləşdikcə, bizi acgözlükləri ilə bu vəziyyətə gətirən enerji şirkətləri Nyu-Yorku daha etibarlı və müqavimətli etmək xərcini çiyinlərinə götürməlidirlər",- ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
14 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb

























