Xaçmazda fabrik tikilir, 2018-də istifadəyə veriləcək
Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisinə başlanılıb.
İllik istehsal gücü 3 min ton olan fabrik rayonun Qaraçay-cek kəndində inşa olunur.
Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarət olacaq.
Fabrikin fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı həyata keçiriləcək.
Tikinti işlərinə dekabr ayının əvvəllərindən başlanılıb. 2018-ci ildə istifadəyə veriləcək toxumçuluq müəssisəsində istehsal edilən, eyni zamanda, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçiriləcək. Toxumçuluq müəssisəsində quraşdırılacaq avadanlıqlar Türkiyədən gətirilib.
Yeni yaradılan fabrikdə şimal bölgəsində məhsuldarlığı ilə seçilən “Qobustan”, “Qarabağ-22”, “Fatimə” kimi sortların istehsalına üstünlük veriləcək.
Rayondakı ən böyük toxum istehsalçısı olan Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov müsahibəsində yeni fabrikin taxıl toxumuna tələbatın daxili istehsal hesabına təmin olunmasında əhəmiyyətli rolunu qeyd edib.
Toxumçuluğun inkişafına dövlət tərəfindən son illərdə göstərilən dəstək bu sahəyə marağı artırıb, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























