Hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində icraçı qurum dəyişdi
Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti tərəfindən 27 aprel 2016-cı il tarixli sərəncam təsdiqlənmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi ilə bağlı məsul icraçı qurum olaraq Dövlət Neft Fondu müəyyənləşdirilmişdi. Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tədbirlərin icrasına məsul qurum Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya olacaq.
Qeyd edək ki, bu ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycanla bağlı arzuedilməz qərar qəbul edilib və bundan sonra qərara etiraz olaraq Azərbaycan qurumdan çıxması barədə bəyanat verib. Aprelin 5-də Azərbaycan prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.
Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 d. əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
3 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























