Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA

Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiq edilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Bank tərəfindən uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki ili ərzində “Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.

 Bu barədə Mərkəzi Bankın yaydığı açıqlamada bildirilir.

Reklam_3_11

Qeyd edilib ki. nəticədə, ötən ilin dekabr ayında “Azərbaycan Respublikası Mərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı” təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:

  • Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;
  • Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
  • Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
  • Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
  • Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.

Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün “Bank Nəzarəti Strategiyası”nda Mərkəzi Bankın tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:

  • Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası;
  • Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr”in bir hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
  • Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi;
  • İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası.

Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.

Mərkəzi Bank Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (ARAS) risk əsaslı nəzarət maliyyə sektorunun modernizasiyası bank nəzarəti strategiyası 2026-2027 bankların makroiqtisadi dayanıqlığı biznes model dayanıqlığı əməliyyat dayanıqlılığı risk idarəetmə çərçivəsi korporativ idarəetmə risk mədəniyyəti istehlakçı hüquqlarının qorunması stress-test çərçivəsi Basel III standartları Daxili Kapital Adekvatlığı Qiymətləndirilməsi (ICAAP) Daxili Likvidlik Adekvatlığı Qiymətləndirilməsi (ILAAP) iqlim və ESİ riskləri Mərkəzi Bank tənzimləmə çərçivəsi bank sektorunun uzunmüddətli dayanıqlı inkişafı Dünya Bankı ilə əməkdaşlıq maliyyə sektorunda modernizasiyanın təşəbbüsləri Siyasət Konsepsiyası 2024-2026
11.03.2026 10:33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18