Üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq
Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır.
Marja Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Belə ki, 2026-cı ildən etibarən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq.
Bu dəyişikliklər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin azalacağı gözlənilir ki, bu da öz növbəsində son istehlak qiymətlərinə təsir edəcək. Eyni zamanda, əhalinin ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarına çıxış imkanları artacaq, sektorun inkişafı və davamlılığı güclənəcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















