“Bank Standard”ın keçmiş rəhbəri barəsində cinayət işi dayandırılıdı
“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviçin barəsində cinayət işinin istintaqı dayandırılıb.
S. Kriman bir müddət əvvəl beynəlxalq axtarışa verilib. Bununla əlaqədar onun barəsində olan cinayət işinin istintaqının dayandırılmasına qərar verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan müxtəlif təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb. Ç. Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun digər məlumatında isə deyilirdi ki, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib. Bundan başqa, E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olub və həmin məbləği S.Krimanla öz aralarında bölüb. E. Quliyevə də Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
-
12 d. əvvəl
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
- 19 d. əvvəl
- 29 d. əvvəl
- 39 d. əvvəl
-
43 d. əvvəl
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bankdan ilk dəfə kredit götürən müştərilər üçün “Xoş Gəldin” kampaniyası!
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
12 noyabr üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
Pakistanın Baş naziri Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib
Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir
"2500 manat maaş alanlar kifayət qədər çoxdur. 3% vergi o qədər də böyük məbləğ deyil" - Nazir müavini
GAC-də fürsətlər hələ davam edir
Hyundai-dan Hibrid almağın əsl vaxtıdır



















