Azərbaycanda maşınqayırma zavodunun 15 faizi işçilərinə satılır
“Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılıb.
Marja xəbər verir ki, 18 milyon 840 min manat nizamnamə kapitalına malik olan ASC 9 milyon 420 min 31 ədəd səhm buraxıb. Güzəştli satışa çıxarılmış səhmlərin sayı 1 milyon 413 min 5 ədəd (buraxılmış səhmlərin 15%-i və ya 2 milyon 826 min manatlıq hissəsi ), bir səhmin nominal qiyməti 2 manatdır.
Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:
- əsas iş yeri həmin müəssisə sayılan işçilər;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
- özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
- 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.
Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixinə kimi qəbul edilir.
Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.
Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 17 oktyabr 2025-ci il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinə təqdim edilməlidir.
Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.
Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)
















