Avro 2021-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyədə - GÜNƏ BAXIŞ

Ötən gün ABŞ-da statistik məlumatların dərc olunması, Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellin çıxışı, Amerikanın ticarət tərəfdaşları ilə danışıqlarının gedişatı və ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən xərclər və vergilər haqqında qanun layihəsinin Konqresdə müzakirəsi fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edib.
EUR/USD valyuta cütlüyü ötən gün 1.18300 səviyyəsinə qədər bahalaşaraq 2021-ci ilin sentyabr ayından bəri ən yüksək həddə qədər qalxıb. Sonradan 1.17620 həddinə qədər geriləyən məzənnə bu gün səhər saatlarında yenidən artım sərgiləyib və itirdiyi mövqelərin bir qismini bərpa edərək bahalaşmağa davam edib.
Dolların ucuzlaşması fonunda bahalaşan qızıl 3340$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. “Brent” markalı neftin bir barel üçün qiyməti 67.00$-68.30$ aralığında dəyişir. “Apple” şirkətinin səhmləri isə may ayından bəri ilk dəfədir ki, 210$-a qədər yüksəlib.
Çərşənbə axşamı günü ABŞ Senatı vergilərin azaldılmasını və müdafiə xərclərinin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. İndi Senatın təsdiqlədiyi qanun layihəsinə Nümayəndələr Palatası baxacaq. ABŞ Konqresinin aşağı palatasındakı respublikaçı liderlər artıq 4 iyula qədər qanun layihəsini təsdiqləmək niyyətində olduqlarını bildiriblər.
Həmçinin, bazar iştirakçılarının diqqəti Portuqaliyanın Sintra şəhərində keçirilən Avropa Mərkəzi Bankının (ECB) illik forumuna yönəlmişdi. Forumda Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell də iştirak edirdi. Digər aparıcı dünya mərkəzi banklarının rəhbərləri ilə keçirilən sessiya zamanı Pauell FED-in əsas faiz dərəcəsini azaltmazdan əvvəl Vaşinqtonun ticarət siyasətinin ABŞ-da inflyasiyaya təsirini qiymətləndirməyi planlaşdırdığını bir daha təsdiqləyib. Analitiklər tənzimləyici qurumun 29-30 iyul iclasında faiz dərəcəsini azaltma ehtimalını 21% olaraq qiymətləndirirlər.
“Tesla Inc.” səhmləri isə İlon Mask ilə Tramp arasında növbəti münaqişə səbəbindən 5.3% ucuzlaşıb. Həftə sonu Mask prezidentin “böyük və gözəl” adlandırdığı büdcə qanun layihəsini yenidən tənqid edib. Bundan sonra Tramp Mask şirkətlərinə verilən dövlət subsidiyalarını ləğv etməklə hədələyib, həmçinin, Cənubi Afrika əsilli və ABŞ vətəndaşı olan sahibkarın deportasiya imkanının nəzərdən keçirilə biləcəyini bildirib. Hazırda “Tesla” şirkətinin səhmlərinin qiyməti 300$ təşkil edir.
Çərşənbə axşamı günü dərc olunan məlumatlara əsasən, Avrozonada iyun ayında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artıb. Qeyd olunur ki, inflyasiyanın artım tempi Avropa Mərkəzi Bankının (ECB) hədəf göstəricisinə uyğun olub ki, bu da, tənzimləyici qurumun inflyasiyanı nəzarət altına ala bildiyini göstərir. Ərzaq məhsulları və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmadan hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) iyun ayında illik ifadədə 2.3% təşkil edib. May ayı ilə müqayisədə isə Avrozonada istehlak qiymətləri 0.3% artıb.
Əlavə olaraq, Almaniyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 48.3 bənd səviyyəsindən 49 bənd səviyyəsinə qədər yüksəlib. Ölkədə iyun ayında İşsizlik Səviyyəsi 6.3%, işsizlərin sayındakı artım isə 11 min nəfər təşkil edib. Avrozonanın xidmət sektorunda PMI 49.4 bənddən 49.5 bəndədək artıb.
ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Manufacturing) (PMI) iyun ayında 48.5 bənddən 49 bəndə qədər yüksəlib. Göstərici artıq dördüncü aydır ki, 50 bəndlik həddin altında qalır. Həmçinin, “S&P Global” tərəfindən hesablanan sənaye sektoru üzrə PMI iyun ayında 52 bənddən 52.9 bəndə kimi yüksəlib. Ölkənin Əmək Nazirliyinin Statistika Bürosunun təqdim etdiyi Vakansiyalar və Boş İş Yerləri Hesabatına (JOLTS) əsasən isə, kənd təsərrüfatı sektoru istisna olmaqla, Amerikanın əmək bazarında açıq vakansiyaların sayı may ayında 7.769 milyon təşkil edib.
Bu gün ABŞ-da ADP tərəfindən açıqlanacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi və Bakı vaxtı ilə saat 18:15-də Avropa Mərkəzi Bankının (ECB) sədrinin çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
