PAŞA Kapital əməkdaşları Müstəqillik Gününə özəl “Xarıbülbül zirvəsi”nə yürüş edib
28 May – Müstəqillik Günü münasibətilə PAŞA Kapital İnvestisiya Şirkətinin əməkdaşları Quba rayonunun Xınalıq kəndindən başlayaraq, 2783 metr yüksəklikdə yerləşən “Xarıbülbül zirvəsi”nə yürüş ediblər.
Yürüşün əsas məqsədi, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, Şərqin ilk müstəqil dövləti olmağın qürurunu 3 rəngli şanlı bayrağımızı 2783 metr yüksəklikdə dalğalandıraraq yaşamaq, milli kimliyimizə və tariximizə bağlılığımızı ifadə etmək olub.
Çətin relyef və dəyişkən hava şəraitinə baxmayaraq, PAŞA Kapital əməkdaşları yüksək iradə və qətiyyət nümayiş etdirərək zirvəyə qalxıblar. Zirvədə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılıb.
Qeyd edək ki, zirvə simvolik olaraq “Xarıbülbül zirvəsi” adlandırılıb, II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına canını fəda etmiş 2783 şəhidimizin əziz xatirəsinə həsr edilib.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az saytına daxil ola bilərsiniz.
! Məlumat tərəfdaşlıq əsasında yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
7 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
12 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
14 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















