Qadın sahibkarlar üçün daha bir fürsət: 15 000 AZN qazanmaq şansı!
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun(®) Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir.
16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq.
Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.
Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.
Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinin inkişaf planını təqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında yerləşdiriləcək.
Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.
Final mərhələsi isə 11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq.
Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
6 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
7 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir





















