"PASHA Bank Cup VI" yarışının qalibləri müəyyən olub - ADLARI
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.
29 sentyabrda Bakı Mühəndislik Universitetində keçirilən final mərhələsində qüvvəsini sınayan 68 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov ölkədə İT sahəsində təhsil alan, eləcə də çalışan bacarıqlı kadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və "PASHA Bank Cup" müsabiqəsinin bu istiqamətdəki mühüm rolundan danışıb.
“Bu sahə ölkəmiz üçün ən strateji istiqamətlərdən biridir. “PAŞA Bank” olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində tədbirlərin təşkilini davam edəcəyik. Ölkəmizdəki təhsil ocaqları ilə yaxından əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə daha çox maraq yaratmağı hədəfləyirik”, - deyə, C.Orucov qeyd edib.
"PASHA Bank Cup VI" yarışının qalibləri:
Məktəblilər
- Fuad Qarayev
- Ayxan Dəmirli
- Həsən Əliyev
Tələbələr
- Sahib Əliyev
- Emil İnoçkin
- Emin Orucov
Peşəkarlar
- Ziya Muxtarov
- Rəşad Məmmədov
- Cavid İbrahimov
“PAŞA Bank”lılar
- Anar Verdiyev
- Ülvi Aslanlı
- Anar Məmmədov
Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfə vermək, eləcə də bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün “Rəqəmsal zirvələr” konfransı, “Hackathon”lar və bir sıra layihələr həyata keçirib və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 28 d. sonra
-
-
9 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 38 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında























