"Naxçıvan TV": Ehtimalın mənimsəmə kimi təqdim edilməsi qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı”nın müzakirəsi barədə Hesablama Palatasının açıqlamasının bir sıra saytlarda və sosial şəbəkələrdə təhrif edilmiş, dəqiqləşdirilməmiş formada təqdim edilməsi təəssüf doğurur.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
"Palatanın açıqalamasından göründüyü kimi, auditor hesabatında dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Konkret deyilir ki, aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi əsas tələbdir. Bildiririk ki, normativ-hüquqi aktlardakı uyğunsuzluqlar, bir sıra hallarda mükafat və məzuniyyət haqlarının əməkdaşlara ödənilməsində, istismar müddəti başa çatmış yayım və çəkiliş avadanlıqlarının, balansda olan aktivlərin invertarizasiyası, amortizasiyası barədə ilkin sənədlərin tərtibində əməkdaşların yol verdiyi nöqsanlar cinayət tərkibi əlamətlərini ehtimal etdiyindən Hesablama Palatası səlahiyyətləri çərçivəsində müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul edib. Bu da təbii hüquqi prosedurdur. Palatanın bu ehtimalının mənimsəmə kimi təqdim edilməsi qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir. Naxçıvan TV ölkəmizin ən mühüm, qədim mədəniyyət ocaqlarından biridir və cəmiyyətin güzgüsü olan bu media qurumunda şəffaflıq əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.
XXX
Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Kollegiya iclasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


