AYNA sədri: 160 km yeni avtobus zolaqları yaradılacaq
Mobilliyin transformasiyası proqramı çərçivəsində Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb, marşrutların orta yükü 55%-ə endirilib.
Bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb.
"Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub", - Anar Rzayev qeyd edib.
O bildirib ki, Hövsan qəsəbəsini (MİDA) 28 May və Əhmədli m/s-ları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar istifadəyə verilib.
"M.Şərifli küçəsi (Vərəm dispanseri) Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli və 28 May 5 m/s-nı Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib", - Anar Rzayev qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat sonra
-
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri “Bank of New York Mellon”un rəsmiləri ilə görüşüb
-
1 saat əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
-
1 saat əvvəl
Yaşı 60-dan çox olanların əmək müqaviləsinə xitam verilməsi qadağan oluna bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
"BakuBus" tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq
bp-yə yeni vitse-prezident təyin olundu
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək





















