AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti yaydığı məlumatda bildirilir, AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.
Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.
- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.
- Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.
Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 13 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir














.jpg)






