“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib
2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288255 xidmət göstərilib ki, onlardan 268927-si (93,29%) dövlət qurumlarının (“G2B”), 19328-i (6,71%) isə özəl qurumların (“B2B”) xidmətlərdir. Bu xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən göstərilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, “Bakı KOB evi”nə müraciət edən sahibkarların çox hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət edib - 233751 (87,96%) xidmət. Növbəti yerləri 22165 (7,69%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5662 (1,96%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3114 (1,08%) xidmətlə Dövlət Gömrük Komitəsi, 1424 (0,49%) xidmətlə Fövqəladə Hallar Nazirliyi tutub. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, 2023-cü ildə Bakı, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 371 mindən çox xidmət göstərilib. “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər (lisenziya, icazələr, mənşə sertifikatı, investisiya təşviqi sənədi, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və s.), vergi, gömrük, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 11 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?

























