Google-un ana şirkəti gəlir və mənfəətini açıqlayıb - 307,4 milyard gəlir, 73,8 milyard mənfəət
Google-un ana şirkəti Alphabet ötən ilin son rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Alphabet-in 2023-cü ilin oktyabr-dekabr dövründə cəmi gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 86,3 milyard dollar təşkil edib. Şirkət 2022-ci ilin dördüncü rübündə 76 milyard dollar gəlir əldə etmişdi.
Ötən ilin son rübündə Alphabet-in ümumi gəliri analitiklərin proqnozlarını aşsa da, 65,5 milyard dollarlıq reklam gəliri gözləntilərdən aşağı olub.
Şirkətin xalis mənfəəti son rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 52% artaraq 20,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,6 milyard dollar xalis mənfəət əldə etmişdi.
Alphabet-in səhmbaşına qazancı da 1,05 dollardan 1,64 dollara yüksəlib.
Ötən il Şirkətin ümumi gəliri 307,4 milyard dollar təşkil edib. Alphabet 2022-ci ildə 282,8 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
Mənfəət əsasən süni intellekt və innovasiyalardan əldə edilib
Alphabe-tin 2023-cü ildə xalis mənfəəti 73,8 milyard dollar təşkil edib. Şirkət 2022-ci ildə təxminən 60 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin baş direktoru Sundar Pichai, Google axtarış sisteminin, YouTube və Buludun artan gücündən məmnun olduqlarını qeyd edərək, bunların şirkətin süni intellekt sərmayələri və yenilikləri ilə bağlı olduğuna diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























